Vüqar Həşimov Memorialına start verilib

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın üç şahmatçısının da iştirak etdiyi turnirdə ümumilikdə 8 qrossmeyster qüvvəsini sınayır.

Rapid üzrə ilk oyun günündə qeydə alınan nəticələri təqdim edirik:

1-ci tur
Yan Nepomnyaşi – Şəhriyar Məmmədyarov 0,5:0,5
Vladislav Artemyev – Aydın Süleymanlı 0,5:0,5
Nodirbek Abdusattorov – Aravind Çitambaram 1:0
Riçard Rapport – Rauf Məmmədov 1:0

2-ci tur
Şəhriyar Məmmədyarov – Rauf Məmmədov 0,5:0,5
Aravind Çitambaram – Riçard Rapport 0:1
Aydın Süleymanlı – Nodirbek Abdusattorov 0,5:0,5
Yan Nepomnyaşi – Vladislav Artemyev 1:0

3-cü tur
Vladislav Artemyev – Şəhriyar Məmmədyarov 1:0
Nodirbek Abdusattorov – Yan Nepomnyaşi 0:1
Riçard Rapport – Aydın Süleymanlı 0,5:0,5
Rauf Məmmədov – Aravind Çitambaram 0:1

Bu qarşılaşmalardan sonra Rapport, Nepomnyaşi 5, Artemyev, Abdusattorov, Süleymanlı 3, Məmmədyarov və Çitambaram 2, Məmmədov isə 1 xal toplayıb.

Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button