Vüqar Əsgərov dubl etdi, komandası…
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Liepaya” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Elvin də bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Sərkərov 36-cı dəqiqədə əvəzlənib. Turalın adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 58-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla hesabı 1:1 edib. Millimizin sabiq forvardı 90+2-ci dəqiqədə isə komandasının qələbə qoluna imza atmaqla, matçın yekun nəticəsini müəyyənləşdirib. Əsgərov 63-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Dauqavpils” hazırda 7 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin