Vüqar Əsgərov oynadı, “Dauqavpils”…
Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Riqa” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Azərbaycanlı futbolçulardan yalnız Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq forvardı 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Turalla Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Dauqavpils” hazırda 16 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin