
“Vulverhempton”u “Feyenord”a dəyişdi
Niderlandın “Feyenord” klubu İngiltərə təmsilçisi “Vulverhempton”un müdafiəçisi Uqo Buenonu transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı 2024/2025 mövsümünün sonuna kimi icarə əsasında Rotterdam klubunda çıxış edəcək.
Futbolçu ötən mövsüm “canavarlar”ın heyətində meydana çıxdığı 25 oyunda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin