“Vulverhempton”da xoşbəxtəm” – adı “Real”la yanaşı çəkilən futbolçu
Son vaxtlar adı “Real”, “Mançester Yunayted” kimi klublarla yanaşı çəkilən “Vulverhempton”un futbolçusu Raul Ximenes açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu, karyerası ilə bağlı bunları deyib:
“Klubla 2023-cü ilədək müqaviləm var. Komandada qalmaq üçün yeganə şərt Çempionlar Liqasına qatılmağımız deyil. “Vulverhempton”da xoşbəxtəm, burda özümü yaxşı hiss edirəm. Komanda olaraq vacib işlər görürük. Keçən mövsümün əvvəlindən bəri əlimizdən gələnin ən yaxşısını edirik. Avropa Liqasına vəsiqə qazandıq, indi Çempionlar Liqası üçün mübarizə aparırıq. Bir futbolçu üçün hər zaman inkişaf etmək və Çempionlar Liqasına qatılmaq müsbət haldır. Az zədələnən bir futbolçuyam və uzun illər futbol oynamaq istəyirəm”.
Bizi Facebook-da izləyin