“Vulverhempton” rəsmisindən Renat Dadaşov açıqlaması
İngiltərənin “Vulverhmepton” klubunun rəsmisi Matt Cekson Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun bu komandadan ayrılmasını şərh edib.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Dadaşovun bu klubda olduğu müddətdə ciddi zədə aldığını xatırladıb:
“Ona görə Renatı icarəyə verdik. O, 2020-ci ilin avqustunda icarə əsasında “Qrasshopper”ə keçdikdən qısa müddət sonra da ayağından zədələndi. Ötən mövsüm onun “Tondela”ya icarəsi ciddi zədəsini sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək üçün çox vacib idi. O, Portuqaliyada “Tondela” üçün çətin bir mövsümdə çıxış etdi. Komanda aşağı liqaya düşsə də, Renat oynaya biləcəyini göstərdi. Dadaşov qarşıdakı bir neçə il ərzində həqiqətən inkişaf edə bilsə, “Vulverhempton” yenidən onunla müqavilə imzalamaq üçün növbədə olacaq”.
Xatırladaq ki, 23 yaşlı hücumçu İsveçrənin “Qrasshopper” klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin