Sançonun “Çelsi”dən sonra “dayanacağ”ı bu klub ola bilər

Hazırda “Çelsi”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Ceydon Sanço karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Vulverhempton” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Klub rəhbərliyi Sançonun transferi üçün 30-35 milyon avro ayırmağa hazırdır.

İngiltərəli oyunçunun londonlularla icarə müqaviləsinin müddəti bu ilin iyununun sonuna kimidir. O, İngiltərə çempionatının cari mövsümündə 25 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button