“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinin qalibləri məlum oldu

Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığıyla keçirilən “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Komanda.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 9 turdan sonra hamıdan çox, 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.

Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.

11-ci dəfə keçirilən “Vugar Gashimov Open” cari il “Azərbaycan Şahmat Turu” layihəsinə daxil edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button