Voleybol üzrə dünya çempionatı Rusiyanın əlindən alındı

Kişi voleybolçular arasında 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.

Komanda.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button