Voleybol: Növbəti oyunların vaxtı dəqiqləşdi

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 4-cü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək.

Martın 2-də qadınlar arasında Yüksək Liqada 10-cu tur baş tutacaq. Həmin gün ilk olaraq meydana “Azərreyl” – “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlayacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək.

Kişilərin mübarizəsində 10-cu tur martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK – “Xarı bülbül” dueli start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button