Voleybol: Növbəti oyunların vaxtı dəqiqləşib
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin son turu fevralın 9-da baş tutacaq.
6-cı turun ilk qarşılaşması “Abşeron” – “Murov” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlanacaq.
Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.
Kişilər arasında Yüksək Liqada 6-cı turun oyunları isə fevralın 10-da keçiriləcək. Həmin gün ilk olaraq saat 16:00-da MOİK – “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. İkinci dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.
Bizi Facebook-da izləyin