Voleybol millisinin baş məşqçisi Naxçıvana səfər edib
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, yeniyetmə və gənc qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma Naxçıvana səfər ediblər.
Qurumdan Komanda.az-a verilən məlumata görə, məqsəd burada uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsidir.
Səfərdə ilk olaraq Naxçıvanda təşkil olunan seleksiya məşqi izlənilib. Uşaq və yeniyetmə idmançıların iştirak etdiyi məşqlər zamanı müvafiq kriteriyalara uyğun voleybolçuların qeydiyyatı aparılıb.
Şahin Çatma, həmçinin, bir neçə orta məktəbdə olub. O, burada uşaqlarla görüşüb, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin