Voleybol: Dünya çempionatları iki ildən bir keçiriləcək

Beynəlxalq Voleybol Federasiyası (FIVB) dünya çempionatlarının keçirilməsi qaydasında dəyişiklik edib.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, FIVB 2025-2028-ci illər üçün yarışların reqlamentini dərc edib.

Yeni reqlamentə əsasən, mundial əvvəlki kimi dörd ildən bir deyil, iki ildən bir keçiriləcək.

2025-ci ildəki turnir yeni qaydalar əsasında baş tutacaq. Bu isə o deməkdir ki, növbəti dünya çempionatı 2027-ci ildə olacaq. Hər yarışda 32 komanda mübarizə aparacaq.

Ev sahibi ölkə turnirin son qalibləri kimi mundiala birbaşa vəsiqə qazanacaq. Bundan əlavə, hər qitə çempionatında ilk üç yerin sahibi yarışda iştirak hüququ əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button