
Voleybol: Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib.
Komanda.az xəbər verir ki, həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında ikinci görüş aprelin 25-də keçiriləcək.
Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



