Voleybol: Azərbaycan çempionatlarında açılış mərasiminin və ilk oyunun vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatlarının 2023/2024 mövsümündə açılış mərasiminin və ilk oyunun vaxtı açıqlanıb.

Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışın açılış mərasimi noyabrın 6-da, saat 15:45-də Bakı İdman Sarayında baş tutacaq.

Bunun ardından ilk oyun keçiriləcək. Həmin qarşılaşma qadınlardan ibarət “Azərreyl” və “Abşeron” arasında olacaq. Mərkəzi görüş olaraq müəyyənləşdirilən, 5-ci turun bu matçı saat 17:00-da başlayacaq.

Yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. İlk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. Orada 2 oyun (tərəflər hərəsi bir qələbə qazanarsa və setlər bərabər olarsa, “qızıl set” oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 qarşılaşma keçiriləcək.

Qadınlar: “Abşeron”, “Azərreyl”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, UNEC.

Kişilər: “Azərreyl”, “Xarı Bülbül” (Laçın), “Xarı Bülbül” (Şuşa, MOİK, “Murov Az Terminal”, “Neftçi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button