
Voleybol: Azərbaycan millisi reytinqdə irəliləyib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya və Avropa reytinqində irəliləyib.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.
Milli dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.
Avropa çempionatında yer aldığı C qrupunu 5 xalla 5-ci pillədə başa vuran Azərbaycan millisi 1/8 finala yüksələ bilməyb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin