Voleybol: Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib
Kişi voleybolçular arasında Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, görüşlər aprelin 4-də və 8-də keçiriləcək.
Əvvəlcə sabah saat 17:00-da “Murov Az Terminal” öz meydanında MOİK-lə üz-üzə gələcək. Eyni vaxtda GİN-in Voleybol Mərkəzində “Azərreyl” və “Neftçi” komandaları qarşılaşacaqlar.
Aprelin 8-də çempionatın əsas mərhələsində son turunun oyunları baş tutacaq. “Murov Az Terminal”ın idman zalında “Neftçi” və MOİK münasibətlərinə aydınlıq gətirəcəklər. Günün digər oyunu GİN-in Voleybol Mərkəzində “Murov Az Terminal”la “Azərreyl” arasında olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.
Daha sonra çempionatda pley-off görüşləri baş tutacaq və komandalar yarımfinalda üz-üzə gələcəklər.
Hazırda “Azərreyl” 44 xalla turnir cədvəlinə başçılıq edir. Onu 40 xalla “Murov Az Terminal” izləyir. Hesabında 25 xal olan “Neftçi” isə 3-cü yerdə qərarlaşıb.
Bizi Facebook-da izləyin