Vlahoviçlə maraqlanan 3 klub

“Yuventus”un hücumçusu Duşan Vlahoviçin agenti Masimo Brambati onunla maraqlanan klublar haqda danışıb.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, bu məsələdə üç klubun adını çəkib:

“Duşanla üç klub maraqlanır. Məncə, “Yuventus” həmin təklifləri ciddi şəkildə nəzərdən keçirəcək. Vlahoviçlə maraqlanan klublar “Atletiko”, “Bayern” və “Çelsi”dir”.

Vlahoviç 2022-ci ilin yanvarından “Yuventus”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

O, cari mövsümdə Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button