
Kapello: “Vlahoviç hər mövsümdə 20 qol vurmağa qadirdir”
İtaliyalı mütəxəssis Fabio Kapello “Yuventus”un hücumçusu Duşan Vlahoviçin A Seriyasının digər klubu “Milan”a potensial transferi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Vlahoviç hər mövsümdə 20 qol vurmağa qadirdir. O, bunu “Fiorentina”da bacardı və “Yuventus”da da bu rəqəmə yaxın idi. Vlahoviç cərimə meydançasının hücumçusudur. O, yenidən özünə inam hiss edərsə, qol vuracaq”.
25 yaşlı forvardın Turin klubu ilə müqaviləsi gələn ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin