
İspaniya klubu PSJ-nin futbolçusu üçün danışıqlara başlayıb
“Vilyarreal” PSJ-nin yarımmüdafiəçisi Karlos Solerin transferi ilə bağlı danışıqlara start verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubunun Soleri heyətinə qatmaq istəyi onun təcrübəsi və oyun üslubunun La Liqaya uyğunluğu ilə əlaqələndirilir.
28 yaşlı futbolçu son mövsümü “Vest Hem”də icarədə keçirib və indi La Liqaya qayıda bilər. O, 2022-ci ildən PSJ-nin heyətində çıxış edir və müddət ərzində 63 oyunda iştirak edib, 8 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Solerin Paris klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



