
Vitsel milli karyerasını bitirdi
“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel Belçika milli komandasındakı karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib:
“Uzun müddət düşündükdən sonra qərara aldım ki, yığmada karyeramı yekunlaşdırım. Son 15 ildə ölkəmi təmsil etmək mənə böyük qürur verirdi”.
Vitsel 2008-ci ilin mart ayında Belçika millisində debüt edib. O, 15 il ərzində yığmanın heyətində meydana çıxdığı 130 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin