
Vitsel karyerasını MLS-də davam etdirə bilər
“İnter Mayami” “Atletiko”nun müdafiəçisi Aksel Vitseli almaqda maraqlıdır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, MLS klubunun rəhbərliyi müdafiə xəttini gücləndirmək niyyətindədir. “İnter Mayami” Vitsellə maraqlanır, çünki belçikalı futbolçunun “Atletiko” ilə müqaviləsi bu mövsümdən sonra başa çatacaq.
35 yaşlı müdafiəçi 2022-ci ildə “Atletiko”ya azad agent kimi keçib. O, bu müddət ərzində bütün turnirlərdə 85 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin