“Virusu ölkəyə mən gətirmədim, yardım da etmirəm”
Koronavirusun bütün dünyanı təsiri altına aldığı bir dönəmdə futbol ictimaiyyəti də müxtəlif yardımları ilə gündəmə gəlir.
Komanda.az xəbər verir ki, hazırda Paraqvayın “Olimpiya” klubunda çıxış edən Toqo millisinin sabiq hücumçusu Emmanuel Adebayor isə belə bir dövrdə heç kimə yardım etmək fikrində olmadığını söyləyib:
“Koronavirusu Toqoya mən gətirmədim, yardım da etmirəm. Məni Samuel Eto O və Didye Droqba ilə müqayisə edib, xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün üzgünəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq. Bəziləri virusu ölkəyə mənim gətirdiyimi düşünür. Bu ölkə belədi”.
Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Tottenhem”, “Real”, “Kristal Pelas”, “Başakşəhər”, “Konyaspor” kimi klubların da formasını geyinib. O, Toqo yığmasında 87 oyuna çıxıb, 32 qola imza atıb.
Bizi Facebook-da izləyin