Virtsin “Liverpul”da nə qədər qazanacağı məlum olub

Leverkuzen “Bayer”inin futbolçusu Florian Virts yaxın zamanda “Liverpul”un oyunçusu ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniyalı oyunçunun Mersisayd klubundakı illik maaşı 20–22 milyon avro təşkil edəcək.

Klublar arasında danışıqların növbəti mərhələsi bu həftə keçiriləcək. “Qırmızılar”ın məqsədi transferi qısa zamanda tamamlamaqdır.

21 yaşlı Virts 2024/25 mövsümündə “Bayer”in heyətində 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun “əczaçılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button