
“Bayern”in Virtsi hansı şərtlərlə transfer edə biləcəyi məlum olub
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts yaxın vaxtlarda “Bayern”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin nümayəndələri bu transfer üzərində çalışır və hesab edirlər ki, Virtsin özü də onların heyətinə qoşulmaq istəyindədir. Ancaq hazırda tərəflər arasında yekun razılıq əldə olunmayıb.
Virtsin maliyyə tələbləri “Bayern” üçün aşılmaz baryer sayılmır. Münhen klubu 21 yaşlı futbolçuya illik 20–25 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır.
Transferin yay aylarında baş tutması mümkündür. Almaniyalı oyunçu “Bayer”lə hazırkı müqaviləsinin müddətini uzatmaqdan imtina etsə, Leverkuzen klubu onu 120–130 milyon avro qarşılığında (bonuslar istisna olmaqla) satmağa razı ola bilər.
Virtsin keçidi uğrunda “Mançester Siti” də mübarizədən geri çəkilməyib və onunla maraqlanmağa davam edir.
Bizi Facebook-da izləyin