Ballak: “Virts “Real” üçün hazırdır”

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak “Bayer”in (Leverkuzen) yarımmüdafiəçisi Florian Virtsin “Real”a keçmək şanslarından danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, gənc oyunçunun “Real”da oynamağa qadir olduğunu bildirib:

“Virts “Real” üçün hazırdır. Bu oğlan “kral klubu”nda oynamağa qadirdir. Bunun bariz nümunəsi Çud Bellingemdir. O, “Borussiya”dan gəldi və ən yaxşılarla eyni komandada oynayaraq daha da gücləndi”.

Almaniya çempionatının başa çatan mövsümündə Virts “Bayer”in heyətində 32 oyun keçirib, 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı yarımmüdafiəçinin transferi 110 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button