Virts “Mançester Siti”yə niyə “yox” deyib?

Almaniyalı futbolçu Florian Virtsin “Mançester Siti”yə keçiddən niyə imtina etdiyi açıqlanıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi İngiltərə klubundan gələn təklifi “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyə görə rədd edib.

Mətbuatda yayılan xəbərlərə əsasən, ispaniyalı mütəxəssis mövsümün sonunda klubdan ayrıla bilər. Qvardiola ilə işləmək, Virts üçün “Mançester Siti”yə keçidin əsas səbəblərindən biri idi.

Daha öncə Virtsin karyerasını “Liverpul”da davam etdirmək istədiyi bildirilmişdi.

2020-ci ilin yayından “Bayer”də çıxış edən 22 yaşlı futbolçunun bazar dəyəri təxminən 140 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button