İngiltərə klubu Virtsin transferini bitirmək üzrədir

“Liverpul” və “Bayer” (Leverkuzen) arasında Florian Virtsin transferi ilə bağlı danışıqlar hələ də davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər razılaşmaya çox yaxınlaşmış durumdadırlar.

22 yaşlı yarımmüdafiəçi ötən həftə “Bayer” rəhbərliyinə “Liverpul”la müqavilə imzalamaq istədiyini açıq şəkildə bildirib.

Almaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button