
Virts “Liverpul”u seçməsinin səbəbini açıqlayıb
“Liverpul”un yarımmüdafiəçisi Florian Virts “Bayern”ə keçmək əvəzinə İngiltərə klubunun təklifini niyə qəbul etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarından razı olduğunu bildirib:
“Hər zaman düşünürdüm ki, növbəti addımda həqiqətən olmaq istədiyim yeri seçmək imkanım olacaq. Və belə oldu. Buna görə də, seçimlə vaxtımı aldım. Hətta bu yaydan əvvəl klubların hər biri haqqında çox düşünürdüm və bu, ən asan qərar deyildi. Amma bu, düzgünlüyünə tam əminliklə verdiyim qərardır və mən xoşbəxtəm ki, belə oldu”.
22 yaşlı futbolçu bu yay “Bayer”dən “Liverpul”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



