Müqavilə imzalanıb, tibbi müayinə üçün İngiltərəyə gedir

“Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtsin “Liverpul”a transferi yaxın günlərdə rəsmiləşəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu növbəti 48 saat ərzində tibbi müayinədən keçmək üçün İngiltərəyə gedəcək.

Transfer sənədləri artıq imzalanıb. Virtsin “Liverpul”dakı maaşı bonuslarla birlikdə həftədə təxminən 200 min funt sterlinq (234 min avro) təşkil edəcək.

Mediada yayılan daha yüksək maaşla bağlı məlumatlar düzgün deyil. “Qırmızılar”ın klubun maaş strukturunu pozmadan bu transferi reallaşdırdığı vurğulanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button