“Liverpul” Virtslə müqavilə şərtlərini müzakirə edəcək – Bu həftə

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts “Liverpul”a transfer olunmağa yaxınlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bu həftə yeni danışıqlar mərhələsinə başlayacaq və transferin yekun məbləği ilə müqavilə şərtləri müzakirə olunacaq.

22 yaşlı futbolçu ötən mövsüm ərzində “Bayer”in aparıcı oyunçularından birinə çevrilib. O, bütün turnirlərdə 45 oyunda iştirak edərək 16 qol vurub və 15 məhsuldar ötürmə verib.

Almaniyalı futbolçunun cəlbedici oyunu Avropanın aparıcı klublarının diqqətini çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button