“Virts üçün heç də narahat deyiləm” – Sabiq futbolçu

Almaniya millisinin sabiq futbolçusu Filipp Lam “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin Premyer Liqada çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisi haqda belə deyib:

“Mən Virts üçün heç də narahat deyiləm, çünki o, komanda yoldaşlarını daha yaxşı edən fantastik oyunçudur. Keyfiyyət və sinif həmişə üstünlük təşkil edir. Bu, Virtslə mütləq olacaq”.

22 yaşlı Virts bu ilin iyul ayında 125 milyon avroya “Bayer”dən (Leverkuzen) “Liverpul”a keçib. O, “qırmızılar”ın heyətində 10 oyunda 1 məhsuldar ötürmə edib.

“Liverpul’ UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button