
Virtsdən əli üzülən MS gözünü “Barselona”nın futbolçusuna dikib
Avropanın gənc istedadlarından hesab edilən Florian Virts karyerasını “Bayern”də davam etdirmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi onunla maraqlanan “Mançester Siti”ni öz qərarı barədə artıq məlumatlandırıb.
“Şəhərlilər” isə Virtsin əvəzinə alternativ axtarışına başlayıb və diqqətini “Barselona”nın futbolçusu Dani Olmoya yönəldib.
Daha əvvəl Virtslə “Liverpul” və “Real” da maraqlanırdı. Ancaq o, Almaniyada qalmağa və Bundesliqada yüksəlişə üstünlük verib.
Almaniyalı futbolçu 2024/25 mövsümündə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



