Keçmiş futbolçudan Virtsə məsləhət

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Bayer”in yarımmüdafiəçisi Florian Virtsə gələcək karyerası ilə bağlı məsləhət verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçu haqda bunları söyləyib:

“Virts 2026-cı il dünya çempionatına yaxşı hazırlaşmalıdır. Bunu yeni bir klubda deyil, tanış mühitdə etmək daha asan olacaq. Ona görə də, ona 2026-cı ilə qədər “Bayer”də qalmağı məsləhət görürəm. Onda onun cəmi 23 yaşı olacaq və onu qarşıda karyerasının daha on ili gözləyir”.

21 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümündə Leverkuzen klubunda 49 oyun keçirib, 18 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button