Vircil van Daykdan sabiq klubuna biletli dəstək

“Liverpul”un futbolçusu Vircil van Dayk koronavirus pandemiyasından əziyyət çəkən Niderlandın “Qroningen” klubuna dəstək nümayiş etdirib.

Komanda.az xəbər verir ki, Niderland yığmasının üzvü yetirməsi olduğu bu klubun ev oyunlarına mövsümlük 4 bilet alıb.

Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb:

“Növbəti mövsüm üçün 4 mövsümlük bilet aldım. Bu çətin zamanda “Qroningen”ə yardım etməliyik”.

28 yaşlı oyunçu həmin biletləri bilet almağa gücü çatmayan tərəfdarlara püşklə verəcəyini də bəyan edib.

Qeyd edək ki, ölkəsində “Villem II” və “Qroningen” klublarının aşağı yaş qrupları üzrə komandalarında oynayan Van Dayk 2011-ci ildə məhz sonuncuların heyətində peşəkar oyunçu kimi debüt edib. 2013-cü ildə “Qroningen”i Şotlandiya “Seltik”inə dəyişən müdafiəçi iki il sonra “Sauthempton”a, 2018-ci ildə isə “Liverpul”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button