“Vinisius təhqirlərdən çox əziyyət çəkir” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın vingeri Vinisius Junior haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, braziliyalı futbolçunun irəriləməyə davam edəcəyini bildirib:
“Mən onunla çox işləyirəm. Vinisius həmişə etdiyi işlərə diqqət yetirir. Ona ünvanlanan təhqirlərdən çox əziyyət çəkir, lakin bu, onun məşqinə mane olmur. Bizim işimiz sayəsində Junior daha yaxşı oynamağa başladı. O, cərimə meydançasında çox təhlükəlidir və bir ötürmə ilə qol vura bilir. O, irəliləməyə davam edəcək”.
23 yaşlı braziliyalı vinger ötən mövsüm La Liqada 26 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin