Pelenin oğlu “qızıl top”u “Real”ın futbolçusunun qazanmasını istəyir
Pelenin oğlu Coşua Nasimento yaxınlarda təqdim olunacaq “qızıl top” mükafatı haqda danışıb.
Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, o, “Real”ın oyunçusu Vinisius Juniorun “qızıl top”u qazanmasını istədiyini bildirib:
“Vinisius atamın futbol tarixinə verdiyi töhfəni yaxşı bilir. Mən Vinisiusun “qızıl top”u qazanmasını istərdim. Çünki braziliyalılar bu mükafatı uzun müddətdir qazanmırlar”.
Oktyabrın 28-də təqdim olunacaq mükafata əsas iddiaçı “Real”ın braziliyalı hücumçusu Vinisius hesab edilir.
“Qızıl top”un braziliyalı son qalibi Kakadır. “Milan”ın və “Real”ın keçmiş yarımmüdafiəçisi bu mükafata 2007-ci ildə sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin