Vinisiusla yeni müqavilə imzalanacaq – Detallar

“Real”ın hücumçusu Vinisius Junior yeni müqavilə ilə mükafatlandırılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər uzadılacaq. Onun illik maaşı təxminən 20 milyon avro təşkil edəcək və bu məbləğ hər mövsüm artırılacaq.

Vinisius “Real”a 2018-ci ilin yayında transfer olunub. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.

24 yaşlı hücumçu son La Liqa mövsümündə 30 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button