“Real” Vinisiusla anlaşa bilmir

“Real”ın hücumçusu Vinisius Juniorun komandadakı gələcəyi sual altına düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə klub rəhbərliyi arasında yeni müqavilə danışıqları zamanı münasibətlər kəskin şəkildə pisləşib.

“Barselona” ilə son “el klasiko”da (2:1) əvəzlənməsindən sonra Vinisiusun emosional reaksiyası vəziyyəti daha da gərginləşdirib. Onun növbəti mövsümdə Madrid klubunda qalması real görünmür.

25 yaşlı futbolçuya İngiltərə Premyer Liqasından bir neçə klub maraq göstərir. O isə müqaviləsinin müddətinin bitməsini gözləmək istəmir və 2026-cı ildə komandadan ayrılmağa üstünlük verir ki, “Real” onun transferindən gəlir əldə edə bilsin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button