Tanınmış müğənni “Real” azarkeşlərinin təhqirinə məruz qaldı
Tanınmış aktrisa və müğənni Olivia Rodriqo sosial şəbəkə hesabında “Real”ın fanatlarından çoxlu təhqiramiz şərhlər alıb. Azarkeşlər bu sosial şəbəkə hesabının “Mançester Siti”nin yarımmüdafiəçisi, “qızıl top”un qalibi Rodriqo Hernandesə aid olduğunu düşünüblər.
Komanda.az xəbər verir ki, bu barədə “Nettavisen” məlumat yayıb.
İspaniyalı futbolçunun sosial şəbəkə hesabı yoxdur, ona görə də, Vinisius Juniorun pərəstişkarları Rodriqo soyadlı ən populyar istifadəçilərin səhifələrindəki şərhlərdə təhqirlər yazıblar. “Atletiko”nun futbolçuları Rodriqo De Paul və Rodriqo Rikelme də azarkeşlərin hədəfində olub.
Rodri 2008-ci ildən sonra İngiltərə klubundan “qızıl top” alan ilk futbolçu olub. Səsvermədə ikinci yeri “Real”ın braziliyalı vingeri Vinisius Junior tutub.
Bizi Facebook-da izləyin