“Vinisiusun ağrısını yüz faiz hiss edirəm” – FOTO
Britaniyalı boksçu Entoni Coşua sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, İspaniya La Liqasının 35-ci turunun “Valensiya” – “Real” matçında (1:0) irqçi çıxışlara məruz qalan Vinisius Juniora dəstək olub:
“Gündəlik həyatın oğlum, qardaşım, əmioğlum üçün nə qədər çətin keçdiyini düşünün. Əziyyət çəkirlər. Vinisiusun ağrısını yüz faiz hiss edirəm”.
Braziliyalı futbolçu 2018-ci ildən “Real”da forma geyinir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Vinisius cari mövsümdə “kral klubu”nun heyətində 32 liqa oyununa çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin