Sabiq futbolçudan Vinisiusa: “Ağlamağa ehtiyac yoxdur, oynamaq lazımdır”

Kolumbiya millisinin sabiq futbolçusu Karlos Valderrama “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun davranışı haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, kolumbiyalı keçmiş oyunçu, Vinisiusun ağlamağa ehtiyacının olmadığını bildirib:

“Onun buna ehtiyacı yoxdur. O, ən yaxşılardan öyrənməlidir. Ən yaxşılar isə ağlamaz. Ən yaxşıları ayaq üstə döyə bilərlər, ancaq onlar ayaq üstə dayanacaq və ağlamayacaqlar. Vinisiusun ağlamağa ehtiyacı yoxdur, oynamaq lazımdır, hamısı budur”.

Bundan əvvəl Vinisius Junior “Real”ın heyətində bütün yarışlarda 105-ci qolunu vuraraq, komandanın tarixində ən çox fərqlənən braziliyalı olub. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button