Braziliyalı futbolçunun adını daşıyan qanun layihəsi qəbul edilib

Rio-de-Janeyro Qanunvericilik Assambleyası “Real”ın oyunçusu Vinisius Juniorun adını daşıyan qanun layihəsi qəbul edib. Hazırda hər şey qubernator Klaudio Kastronun qərarından asılıdır.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, yeni qanun layihəsi irqçiliyin aşkar edildiyi idman oyunlarının dayandırılmasını, hətta ləğvini nəzərdə tutur.

Eyni zamanda, irqçiliklə əlaqədar şikayətlərin hüquq-mühafizə orqanlarına yönləndirilməsi və zərər çəkən şəxslərə sosial yardımın edilməsi qanunun bəndləri arasında yer alır.

Qanun layihəsinin müəllifi irqçiliklə bağlı fikirlərini aşağıdakı kimi ifadə edib:

“İdmanda irqçilik xərçənginin kökünü birdəfəlik kəsməliyik. Əsas məqsəd irqçiliklə mübarizə və hamı üçün bərabər cəmiyyət yaratmaqdır”.

Xatırladaq ki, “kral klubu”nun hücumçusu İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) irqçi çıxışlara məruz qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button