Vinisius ərəblərin başgicəlləndirici təklifi haqda düşünür
“Real”ın hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanından gələn böyük təklifə münasibəti məlum olub.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu şəxsi söhbətlərində bu təklifin xüsusiyyətləri və başgicəlləndirici məbləğlərin istənilən oyunçunu düşündürdüyünü gizlətmir.
Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa müqavilənin bütün müddəti üçün 1 milyard avro maaşla 5 illik sözləşmə təklif etdiyi bildirilirdi.
Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun təxmini dəyəri 200 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin