Vinisiusu təhqir etdilər – Zəlzələ qurbanları sükutla yad edilərkən

Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən, azarkeşlərdən biri “Real”ın hücumçusu Vinisius Junioru təhqir edib.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniya La Liqasının 22-ci turunun “Osasuna” – “Real” matçı başlamazdan əvvəl bir dəqiqəlik sükut elan edilib. Sükutu tribunalardan gələn qışqırıq pozub. Fanatlardan biri qışqırıb: “Vinisius, sən fahişənin oğlusan!”

Vinisius bu mövsüm irqçilik zəminində bir neçə dəfə azarkeşlərin təhqirlərinə məruz qalıb.

“Osasuna” ilə görüşdə “Real” 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button