“Əl-Əhli”nin rəhbəri: “Real”dan Vinisiusu almaq istəyirdik”
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun rəhbəri Xalid Əl-İssa Vinisius Junioru almağa çalışdıqlarını təsdiqləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti yayda Vinisiusu almaq istədiklərini bildirib:
“Biz “Real”dan Vinisiusu almaq istəyirdik, lakin danışıqlar zamanı gözlənilməz hadisə baş verdi. Səudiyyə Ərəbistanından olan bəzi oyunçular təqaüd proqramına uyğun olaraq getdilər və hücumçu Əl-Braykan da getməli oldu. Bundan sonra prioritetimiz ön plana keçdi. Biz Viktor Osimhen və İvan Toni ilə bağlı danışıqlara başladıq. Nəticədə, Toni bizə gəldi”.
Mətbuat yayda “Əl-Əhli”nin Vinisius üçün 1 milyard avro ödəyə biləcəyini yazmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin