Vinisius zədələnib

“Real”ın hücumçusu Vinisius Junior şənbə günü “Vilyarreal”la oyunda zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu hücum zamanı Rodriqoya ötürmə edib və bu an boyun nahiyəsində ağrı hiss edib. Vinisius əvəzlənib və Madrid klubu rəsmi saytında bu barədə məlumat verib:

“Müayinədən sonra Vinisiusa boyun zədəsi diaqnozu qoyulub”.

Karlo Ançelottinin komandası “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button