Aquero “Real”ın 2 futbolçusunu tənqid etdi

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero “Real”ın futbolçuları Vinisius Junior və Rodriqonu tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina millisinin keçmiş üzvü braziliyalı futbolçuların bəzi hərəkətləri barədə heç kimin danışmadığını bildirib:

“Vinisius və Rodriqo bəzi oyunçulara lağ edirlər, lakin heç kim bu barədə danışmır. Amma biri onlara bir şey deyən kimi bütün dünya həmin oyunçunun başına nə gələcəyini bilir”.

Oktyabr ayında “Barselona”nın idarə heyətinin üzvlərindən biri Vinisiusu təlxək adlandırıb. Daha sonra klub bu açıqlamaya görə üzr istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button