
Vinisius üzr istədi
“Real”ın hücumçusu Vinisius Junior “Barselona” ilə keçirilən “el klasiko”dan (2:1) sonrakı ilk məşqdə komanda yoldaşlarından üzr istəyib. Görüşdə klubun məşqçiləri iştirak etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu öz davranışını belə izah edib:
“Bəzən ehtiras üstün gəlir. Mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabət ruhum “Real”a olan sevgimdən doğur”.
Vinisiusun açıqlaması həm oyunçular, həm də fanatlar tərəfindən müsbət qarşılanıb. O, “Barsa” ilə matçda əvəzlənərkən buna kəskin reaksiya göstərmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.
“Real” hazırda La Liqanın 10-cu turundan sonra 27 xalla turnir cədvəlində lider mövqedədir. İkinci pillədə qərarlaşan “Barselona”nın hesabında 22 xal var.
Bizi Facebook-da izləyin



