“Real” FİFA-ya və onun mükafatına inanır
“Real” rəhbərliyi hesab edir ki, komandanın hücumçusu Vinisius Juniorun FİFA-nın ilin ən yaxşı futbolçusu mükafatını qazanma ehtimalı yüksəkdir.
Komanda.az AS-a istinadən xəbər verir ki, bu mükafat braziliyalı oyunçu üçün “qızıl top”un əvəzləyicisi kimi nəzərdən keçirilir, çünki o, həmin səsvermədə 2-ci yeri tutmuşdu.
“Real”da düşünürlər ki, FİFA-nın “The Best” (İlin ən yaxşısı) mükafatı “qızıl top”dan daha demokratikdir, çünki burada səsverməyə FİFA-nın reytinqində ilk 100-lükdə yer alan ölkələrin ixtisaslaşmış jurnalistləri qatılır. Bu il isə səsvermədə azarkeşlər, məşqçilər və milli komanda kapitanları da iştirak edəcəklər.
Vinisius özü də inanır ki, məhz o, FİFA versiyasına görə ilin ən yaxşı futbolçusu olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin